Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
ÖLKƏMİZ BÖYÜK İQTİSADİ POTENSİALA MALİKDİR

0

  •       Dünya pandemiyanın, eləcə də digər faktorların meydana gətirdiyi iqtisadi böhranla mübarizə aparmaqdadır. Pandemiyanın tüğyan etdiyi 2020 - 2022 - ci illərdə dünya iqtisadiyyatında həddindən artıq gerilimə müşahidə olunduğu bir zamanda 2022 - ci ilin fevral ayında Rusiya ilə Ukrayna arasında baş verən müharibə yaranmış iqtisadi böhranı bir qdər də dərinləşdirdi. Dünya halisinin təkcə taxıla olan tələbatının üçdə birini ödəyən Rusiya və Ukraynanın müharibə etməsinin nə qədər təhlükəli bir halla nəticələnəcəyini təsəvvür etmək olduqca çətin idi. Təəssüflər olsun ki, dünya ölkələrinin, dünya liderlərinin iki ölkə arasında sülhün yaranması üçün göstərdiyi bütün səylər heç bir nəticə verməmişdir. Ancaq bununla bərabər Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çox ciddi səyləri nəticəsində Taxıl sazişi imzalanmış və Ukrayna taxılının dünya bazarına çıxarılması təmin edilmişdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Dünyada baş verən iqtisadi böhrandan əziyyət çəkən, pandemiya ilə mübarizə aparan Azərbaycan, bir yandan da mənfur qonşumuz Ermənistanla mübarizə aparmaq məcburiyyətində idi. Bu çətin zamanda erməni təxribatlarının ardı - arası kəsilmir, dünya birliyini heçə sayan Ermənistan işğal etdiyi 20 faiz ərazimizlə kifayətlənmədiyini, ölkəmizin yeni ərazilərini işğal etmək niyyətində olduqlarını açıq - aşkar bəyan edirdi. Qarşısındakı düşmənin günü - gündən azğınlaşdığını görən Azərbaycan 27 sentyabr 2020 - ci il tarixdə düşmənin növbəti təxribatı zamanı əks hücum əməliyyatına başladı. Azərbaycan ordusunun düşmənə endirdiyi sarsıdıcı zərbə qısa zamanda düşmənin işğal etdiyi ərazilərimizdən qovulması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu düşmən üzərində möhtəşəm qələbə qazanaraq onu kapitulyasiya aktına imza atmağa məcbur etdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    Torpaqlarını işğaldan azad edən, düşmən üzərində möhtəşəm zəfər çalan Azərbaycanı indi yalnız iqtisadi böhrandan çıxmağın yolları və işğaldan azad edilmiş ərazilərin bərpası məsələsi düşündürür. İyulun 11 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023 - cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Prezident İlham Əliyev geniş nitq söyləmişdir. O, ölkədə cari ilin 6 ayı ərzində nəzərdə tutulmuş işlər və onların yerinə yetirilməsi barədə məlumat vermişdir. O, ölkə iqtisadiyyatının dünyanın bir çox ölkəsindən fərqli olaraq yüksələn xətt üzrə inkişaf etdiyini qeyd etmişdir. Ölkə Başçısı vurğulamışdır ki, ölkədə inflyasiyanın 12 faiz səviyyəsində olması arzuolunan deyil. Hesab edirəm ki, cari ilin sonuna inflyasiyanın səviyyəsi birrəqəmli səviyyəyə enəcəkdir. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Prezident İlham Əliyev onu da qeyd etmişdir ki, mən hələ neçə illər bundan əvvəl ölkənin xarici borcunun Ümumi Daxili Məhsulun 10 faizinə bərabər şəkildə formalaşmasını qarşıya məqsəd qoymuşdum. Hal - hazırda Azərbaycanın xarici borcunun 6, 7 milyard dollar olması artıq bu hədəfə çatmağımızı göstərir. Prezident əlavə etmişdir ki, bu ilin 6 ayı ərzində əlavə vəsait yarandığından büdcədə dürüstləşmə aparılıb. Qeyd etdiyim kimi bu vəsait əsasən bizim prioritet saydığımız sahəlrə - Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eyni zamanda Azərbaycan ordusunun gücləndirilməsinə, müasir silahların alınmasına xərclənəcəkdir. Dünyada gedən proseslər onu göstərir ki, haqq - hüquq həm də güclünün tərəfindədir. Məhz buna görə də biz bu addımları atmaq məcburiyyətindəyik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Müşavirədə çıxışı zamanı Azərbaycan Prezidenti Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrə də münasibət bildirmişdir. O, vurğulamışdır ki, biz Azərbaycanın bir çox ərazilərini yaşıl zona kimi qeyd etmişik. Gədəbəy də öz füsunkar təbiəti ilə belə zonalardan biridir. Necə ola bilər ki, belə bir ərazini hası isə xarici investor zərərli tullantılarla zəhərləsin? Nə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi xalqın haqlı tələbinə biganə yanaşsın. Səhlənkar münasibətin nəticəsində düşmən qüvvələr bundan məharətlə istifadə etsin və xalqla polisi üz - üzə qoysun. Deyərdim ki, hadisələr zamanı özlərini ən ləyaqətli aparan elə Azərbaycan polisləri olub. Heç kəsin haqqı yoxdur ki polisi daşa bassın. Polis gecə - gündüz asayişin keşiyində dayanır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ümumiyyətlə birinci 6 ayın yekunlarına dair müşavirədə səsləndirilən fikirlər onu göstərir ki, ölkəmiz möhkəm iqtisadi potensiala malikdir və bütün bunlar Azərbaycan vətəndaşlarının gələcəkdə daha da yaxşı yaşamasını təmin edəcəkdir.​ ​ ​ ​Şahverdi Əhmədli,
    Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib48 dəfə
    ÖlkƏmİz bÖyÜk İqtİsadİ potensİala malİkdİr

    Maraqlı gələ bilər
    75
    278
    41